2015-09-05
Buxarest şəhərində təşkil olunmuş “Səfirliklər Festivalında” Azərbaycan da təmsil olunmuşdur

01-05 sentyabr 2015-ci il tarixində Rumıniyada fəaliyyət göstərən “ESCU” Assosiasiyası və Rumıniya Xarici İşlər Nazirliyi tərəfindən Səfirliklər Festivalı təşkil olunmuşdur. 50-dən çox Səfirliyin iştirakı ilə 4 gün ərzində Buxarest şəhərinin 3 müxtəlif yerində keçirilmiş tədbirdə şəhər sakinləri və gələn qonaqlar ölkələrin tarixi, mədəniyyəti, incəsənəti, turizmi ilə daha yaxında tanış olma imkanları əldə etdilər.

            Cari ilin sentyabr ayının 04-05 tarixlərinə sözügedən tədbir çərçivəsində Buxarest şəhərinin 4-cü sektorunda yerləşən “Tineretului” parkında açıq havada Səfirliklər sərgisi təşkil edilmişdir. Sərgidə AR-in Rumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan guşəsi yaradılmışdır. Guşədə Azərbaycana dair kitablar, broşürlar, ölkəmizin turizm potensialını əks etdirən nəşrlər, həmçinin Azərbaycan suvenirləri festival iştirakçılarının diqqətinə təqdim olunmuş və ölkəmiz barədə geniş məlumatlar verilmişdir.

növbəti xəbər əvvəlki xəbər