2017-05-08
Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri Fərid Abdinbəyovun Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu ilə keçirilmiş görüşü

5 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Fərid Abdinbəyov Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu ilə görüş keçirmişdir. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü münasibətilə görüləcək işlər və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artması müsbət hal kimi qiymətləndirilmiş və ikitərəfli iqtisadi əlaqələrin canlandırılması məqsədilə tezliklə Rumıniya ilə Azərbaycan arasında mövcud olan ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Müştərək Komissiyanın iclasının keçirilməsinin önəmi qeyd olunmuşdur. Eləcə də, enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri və iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər