2018-03-15
Rumıniya parlamentariləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Martın 15-də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyublar.

Rumıniya parlamentariləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

növbəti xəbər əvvəlki xəbər