2018-04-12
Rumıniya Deputatlar Palatasının üzvü: Seçkilər Avropa standartlarına uyğun təşkil edilmişdi

Dünən Bakı şəhərində bir sıra seçki məntəqələrində müşahidələr apardıq. Seçkilər Avropa standartlarına uyğun təşkil edilmişdi.

Bu fikirləri Rumıniya Deputatlar Palatasının üzvü Viktor Pantu müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Bir sıra Avropa ölkələrində seçkiləri müşahidə etdiklərini deyən rumıniyalı deputat seçki məntəqələrində veb-kameraların quraşdırılmasının səsvermə prosesində şəffaflığı təmin etmək baxımından çox önəmli olduğunu bildirib. Deputatlar Palatasının üzvü Azərbaycanın seçki prosesində texnoloji yeniliklərin tətbiqini yüksək qiymətləndirib.

növbəti xəbər əvvəlki xəbər