2019-06-05
Rumıniyanın AGERPRES milli xəbər agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun müəllifi olduğu məqalə dərc olunmuşdur.

Cari ilin 5 iyun tarixində Rumıniyanın AGERPRES milli xəbər agentliyində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun müəllifi olduğu “Orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində İmadəddin Nəsiminin mənəvi irsi” adlı məqalə dərc olunmuşdur.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi şairin 650 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından və dövlət başçısı tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsindən bəhs edilmiş, Nəsiminin həyatı, fəaliyyəti, əsərləri barədə geniş məlumat verilmişdir. Eyni zamanda, onun mənəvi və fəlsəfi ideyalarının bəşəriyyəti ümumi dəyərlər ətrafında birləşməyə, ədalətsizliyə qarşı mübarizəyə səslədiyi xüsusi vurğulanmışdır.

Həmçinin məqalədə, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ Sovetlər Birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyi qeyd edilmişdir. Yubiley tədbirləri nəinki Bakıda və bütün Azərbaycanda, hətta Moskvada və Parisdə, UNESCO-nun qərargahında da təşkil olunduğu qeyd edilmişdir. Məqalədə həmçinin, Ulu Öndərin təşəbbüsü nəticəsində Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparıldığı, qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açdığı vurğulanmışdır.

Qeyd edilmişdir ki, 2018-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ilk dəfə Beynəlxalq Nəsimi Festivalı təşkil olunub, dünyanın 10-dan çox ölkəsindən gələn Nəsimişünas alimlərin iştirakı ilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları və sərgiləri keçirilib.

Sözügedən məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.agerpres.ro/ots/2019/06/05/patrimoniul-spiritual-al-lui-imadeddin-nasimi-in-contextul-istoric-si-cultural-al-orientului-medieval--639749

növbəti xəbər əvvəlki xəbər