2019-04-25
Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Buxarest şəhərinin 2-ci sektor Bələdiyyəsinin sədri Toader Muqur Mihay və 2-ci sektorun Polis İdarəsinin rəisi Aurel Dobrila ilə görüş keçirmişdir.

Cari ilin 23 aprel tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Buxarest şəhərinin 2-ci sektor Bələdiyyəsinin sədri Toader Muqur Mihay və 2-ci sektorun Polis İdarəsinin rəisi Aurel Dobrila ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Səfirliyi ilə 2-ci sektorun Yerli Dövlət İdarəçiliyi arasındakı əlaqələr yüksək qiymətləndirilərək əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi əminliklə qeyd edilmiş, 2-ci sektorunun inzibati ərazisində Ümummilli lider Heydər Əliyevin büstünün yerləşdiyi “Tey Parkı”nın xalqlarımız arasında dostluq və hörmət rəmzi kimi yüksək dəyərləndirilmişdir.
Görüşün sonunda Bələdiyyə sədri Toader Muqur Mihay Səfir Hüseyn Nəcəfova fəaliyyətində uğurlar arzulamış, qarşılıqlı əməkdaşlığın inkişafına əminliyini qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər