2019-08-30
29 avqust 2019-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Rumıniyanın Gənclər və İdman naziri cənab Konstantin-Boqdan Matey ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli dostluq münasibətlərin, o cümlədən gənclər və idman sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır.


Rumıniyanın Gənclər və İdman naziri Konstantin-Boqdan Matey gənclər və idman sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir.


Səfir Hüseyn Nəcəfov iki ölkə arasındakı münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirərək münasibətlərimizin əsasını təşkil edən Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanmasının 10-cu ildönümünün qeyd olunduğunu vurğulamışdır. Səfir H.Nəcəfov ölkəmizdə gənclər və idman sahəsinə dövlət səviyyəsində yüksək diqqət və qayğının göstərildiyini qeyd etmiş və bu siyasətin beynəlxalq müstəvidə layiqincə nümayiş olunması üzrə ardıcıl fəaliyyətin aparıldığını bildirmişdir.

1.1

4.4

3.3

29.08.2019 2

29.08.2019 1

2.2

növbəti xəbər əvvəlki xəbər