2020-02-25
Rumıniyanın xəbər portalında Xocalı soyqırımından bəhs edən məqalə yerləşdirilib

Rumıniyanın “News24hours” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “26 fevral –Xocalı soyqırımının günü” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən həyata keçirilən soyqırımı haqqında ətraflı məlumat verilir. Soyqırımı zamanı uşaqların, yaşlıların və qadınların xüsusi qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Ermənilərin azərbaycanlılara qarşı illər boyu apardıqları təcavüzkar siyasətdən danışılır. Qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məqalədə bildirilir ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən bir çox qətnamə və qərarlar qəbul edilib.

növbəti xəbər əvvəlki xəbər