2020-03-15
VƏTƏNDAŞLARIN DİQQƏTİNƏ !

Yaranmış fövqəladə vəziyyətlə əlaqədar vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Rumıniyada yaşayan Azərbaycan vətəndaşlarının Səfirlikdə konsulluq qeydiyyatına düşmələri tövsiyyə olunur.

Rumıniyada yaşayan, təhsil alan və ya müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ cavablandırılması məqsədilə aşağıdakı "Qaynar xətt" nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlamaq mümkündür:+40748777744 / secretariat@azembassy.ro

Xüsusi zərurət olmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşlarına, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus epidemiyası riskinin yüksək olduğu qeyd olunan ölkələr, o cümlədən koronavuris infeksiyasının artdığı xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

növbəti xəbər əvvəlki xəbər