2020-03-23
Rumıniyanın “AGERPRES” xəbər agentliyi Novruz bayramı barədə məqalə yayıb

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Novruz bayramı barədə məqaləsini yayıb.

Məqalədə Novruz bayramının tarixi haqqında məlumat verilir. Bildirilir ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz Azərbaycan xalqının zəngin mənəviyyatının və humanizm ideyalarının təzahürüdür. Müəllif qeyd edir ki, Novruz bayramı bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzidir. Bayram həm də təbiətin oyanması, sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

Məqalədə Novruz bayramında bişirilən milli yeməklərimizdən və şirniyyatlardan danışılır, həmçinin ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bayramın yüksək səviyyədə qeyd edildiyi diqqətə çatdırılır.

https://www.agerpres.ro/ots/2020/03/23/novruz-istorie-straveche-traditii-si-caracteristici-ale-sarbatorii-in-azerbaidjan--641167

növbəti xəbər əvvəlki xəbər