2020-04-01
Rumıniyanın Xarici İşlər Nazirliyi, 31 mart 2020-ci il tarixində separatçı Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident və parlament seçkiləri"ni qanunsuz hesab edir

Rumıniyanın Xarici İşlər Nazirliyi, 31 mart 2020-ci il tarixində separatçı Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident və parlament seçkiləri"ni qanunsuz hesab edir və "seçkilərin" Dağlıq Qarabağ regionunda münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə xələl gətirməyəcəyinə inamını ifadə edir.
Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ bölgəsində münaqişənin dinc və davamlı nizamlanmasına töhvə verə biləcək yeganə format - ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini bir daha bildirir və tərəfləri bu prosesdə lazımi siyasi iradə nümayiş etdirməyə çağırır.

NK RO

http://mae.ro/node/52166#null

növbəti xəbər əvvəlki xəbər