Rumıniya xəbər agentliyi Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası barədə yazır
Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfirliyinin təqdim etdiyi məlumat əsasında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı barədə məqalə yayıb. Yazıda bu toplantının “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələ olduğu qeyd olunur. İclas barədə geniş məlumat verən nəşr Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviçin tədbirdə çıxışına və məruzəsinə xüsusi diqqət yetirib. Bildirilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql olunacaq. Azərbaycanın Avropa üçün strateji diversifikasiyada, Avropaya qaz hasilatında vacib tərəfdaş olduğu vurğulanır.