2016-12-12

Ceremonia de comemorare cu ocazia 13 ani de la moartea Liderului National, Heydar Aliyev

2016-cı ilin 12 dekabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilmişdir. 

 Anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Qara Dəniz-Xəzər Dənizi Tərəfdaşlığı və Əməkdaşlığı üzrə Beynəlxalq Fondun əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri  iştirak etmişlər.   

 Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklillər qoyulmuşdur.

Search in archive