2018-03-26

Rumıniyanın Milli Təhsil Nazirliyi təqaüd proqramı elan edib

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018/2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramı Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil nazirlikləri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2011-ci il oktyabrın 11-də Buxarestdə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

Təqaüd proqramı haqqında elanda müraciət forması, seçim prosesi və maliyyələşmə, müsahibə mərhələsində iştirak üçün əsas meyarlar, tələb olunan sənədlər və s. ilə bağlı məlumatlar verilir. Elan Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Müvafiq sənədlər iki nüsxədə təqdim edilməlidir. Sənədlərin bir nüsxəsi ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmalıdır. Təqaüd proqramı ilə bağlı aprelin 12-dək müraciət etmək olar.

Təqaüd proqramı ilə bağlı sualları admission@edu.gov.az elektron ünvanına və ya Rumıniya Milli Təhsil Nazirliyinin əməkdaşı xanım Ana Anghelescuya (tel: +40214055705, e-mail: ana.anghelescu@edu.gov.ro) ünvanlamaq mümkündür.

Search in archive