Konsulluq qeydiyyatı

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır. Bundan əlavə, vətəndaşların konsulluq qeydiyyatına alınması Səfirlik üçün vətəndaşlar ilə mütəmadi əsasda əlaqə saxlamaq, onlara Azərbaycan icması üçün təşkil olunan tədbirlər barədə xəbər vermək və Azərbaycan ilə əlaqədar məlumatlandırmaq imkanı yaradır.

Rumıniyanın səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin konsulluq bölməsində uçota alınırlar.

Tələb olunan sənədlər:

  • Anket daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır);
  • Daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti (Residence permit);
  • Pasportun surəti;
  • 1 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü) – xarici ölkədə daimi yaşayanlar üçün;

Sənədlər tam və düzgün tərtib edildikdən sonra poçt vasitəsilə və ya şəxsən Səfirliyə təqdim edilməlidir.

Arxiv üzrə axtarış