Məhkumluq haqqında arayışın verilməsi
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
-
Vətəndaşın ərizəsi;
-
Ərizəçinin şəxsiyyətini təsdiq edən, etibarlıq müddəti bitməmiş sənədlərin (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi) surəti;
-
10 ABŞ dolları dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Qeyd 1. Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.