Azərbaycan Respublikası vətəndaşları üçün səyahət tövsiyyələri

Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!!!
 
Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının 01 yanvar 2020-ci il tarixindən etibarlılıq müddəti bitmiş və ya bitəcək olan bütün növ pasportlarının etibarlılıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.
Pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycana qayıtmaq istədikdə, ölkəmizin aidiyyəti diplomatik nümayəndəliyi tərəfindən vətəndaşlara qayıdış şəhadətnaməsi rəsmiləşdirilir.

 

Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə.

13  avqust  2020-ci il tarixində "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minmişdir.

Sazişə əsasən Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti ən azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlıq müddətinə diqqət yetirməlidir; əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

Xarici səfərlər üçün yaddaş kitabçası.

Xarici səfərlər üçün videoçarxlar:

Arxiv üzrə axtarış