2015-09-14
Rumıniya Xarici İşlər Nazirliyinin cari ilin 13 sentyabr tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma separatçı rejimin keçirdiyi qanunsuz seçkilərlə əlaqədar mətbuat üçün bəyanatı
14.09.2015 tarixində Rumıniya XİN-i cari ilin 13 sentyabr tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma separatçı rejimin keçirdiyi qanunsuz seçkilərlə əlaqədar mətbuat üçün bəyanatla çıxış etmişdir. Bəyanatda seçkilər qeyri qanuni hesab edilmiş, XİN bir daha Dağlıq Qarabağın müstəqilliyinin tanınmaması ilə bağlı mövqeyini təkrar etmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstəyini ifadə etmişdir.