2015-10-21

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv dövlətlərinin nəqliyyat sahəsinə məsul nazirlərinin iclası

20 – 21 oktyabr 2015-ci il tarixində Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzv dövlətlərinin nəqliyyat sahəsinə məsul nazirlərinin iclası keçirilmişdir. Rumıniyanın QDİƏT-ə sədrliyi çərçivəsində təşkil olunmuş iclasın əsas mövzusu nəqliyyat xətlərinin inkişaf etdirilməsi üçün yeni imkanlar olmuşdur. Tədbiri açıq elan edən Rumıniyanın nəqliyyat naziri Yulian Matake (Iulian Matache) nümayəndə heyətlərinə ölkəsində nəqliyyat sahəsində görülmüş işlər və həyata keçirilmiş layihələr barəsində ətraflı məlumat verərək diqqəti Qara Dəniz hövzəsində əməkdaşlığın artırılmasına yönəltmişdir. Azərbaycan nümayəndə heyətinə başçılıq edən Nəqliyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Azər Əliyev  öz növbəsində ölkəmizin son illərdə regional nəqliyyat qovşağı olaraq rolunun artığını qeyd etmiş və bunu həyata keçirilən iri-miqyaslı regional layihələrlə (Bakı -Tbilisi – Qars dəmiryolu xətti, Ələt Beynəlxalq Dəniz Limanı, avtomobil yollarının modernizasiyası və s.) ilə əlaqələndirmişdir

Arxiv üzrə axtarış