Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilmişdir
2018-ci ilin 10 may tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən anım tədbiri təşkil olunmuşdur.
Tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, “SOCAR Petrolium S.A.” şirkətinin əməkdaşlarının, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvlərinin adından Ulu Öndərin büstü önünə əklillər qoyulmuşdur.
Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilmiş, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılmışdır.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirmişlər.
Tədbir barəsində məlumat yerli KİV-lərə təqdim olunmuşdur.