2019-04-06

Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib

Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib

2019-cu il aprel ayının 6-da hal-hazırda erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Ağdərə rayonunun məcburi köçkünlərinin ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlmişdir. Azərbaycan vətəntaşları Rauf Həsənov və Nigar Ocaqova öz qızına birinci xanım Mehriban Əliyevanın şərəfinə - Mehriban adını qoymuş, çünki valideyinləri və bütün ölkə xalqını ilk təbrik edən məhz elə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun həyat yoldaşı xanım Mehriban Əliyeva olmuşdur.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanım Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində yeni doğulmuş uşağın valideyinləri ilə görüşərək xoşbəxt ailəyə Azərbaycanın 10 milyonuncu sakini sertifikatını təqdim etmiş, və Bakı şəhərinin mərkəzində dövlət tərəfindən mənzil hədiyyə etmişlər. Həmçinin uşağın adına müvafiq bank hesabı açılaraq müəyyən məbləğdə pul yatırılmışdır.

Görüş zamanı Prezident respublika əhalisinin sürətlə artdığını qeyd etmişdir. “Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”, - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir.

Daha sonra on milyonuncu sakinin doğulması münasibətilə ölkənin görkəmli müğənnilərin iştirakı ilə Bakıda konsert proqramı təşkil olunmuşdur. Bayram atəşfəşanlıqla başa çatmışdır. Bununla yanaşı bütün respublika ərazisində Azərbaycanın tarixində bu mühüm hadisəyə həsr olunmuş təntənəli silsilə təbirlər təşkil olunur.

Arxiv üzrə axtarış