2019-08-13

Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Buxarest şəhərinin 2-ci sektor Bələdiyyəsinin sədri Toader Muqur Mihay ilə görüş keçirmişdir.

Cari ilin 8 avqust tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Buxarest şəhərinin 2-ci sektor Bələdiyyəsinin sədri Toader Muqur Mihay ilə görüş keçirmişdir.
Görüş zamanı Səfirliyin Buxarest şəhərinin 2-ci sektorun Yerli Dövlət İdarəçiliyi ilə əməkdaşlıq məsələləri müzakirə edilmiş, o cümlədən 2-ci sektorunun inzibati ərazisində Ümummilli lider Heydər Əliyevin büstünün yerləşdiyi “Tey Parkı”nda görüləcək tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.

1.Ambasadorul  Republicii Azerbaidjan - PS 2 - Toader Mugur Mihai 010

Arxiv üzrə axtarış