2019-09-30

Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfovun “Azərbaycan-Rumıniya: 10 il strateji tərəfdaşlıq” adlı məqaləsinə dair.

ForArticle.10Years.GZN

Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfovun Rumıniyanın nüzüflü milli xəbər agentliyi olan “Agerpress”in internet səhifəsində “Azərbaycan-Rumıniya: 10 il strateji tərəfdaşlıq” adlı məqaləsi dərc edilmişdir.

Azərbaycan Respublikası ilə Rumıniya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında qəbul edilmiş Birgə Bəyannamənin, iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə uğurlu inkişafını müəyyən edən mühüm sənəd olduğu, strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük imkanların yaratdığı ətraflı qeyd olunub.

Məqalədə, iki ölkə xalqları arasında münasibətlərin əsasının təşkil edən tarixi faktlara nəzər salınıb, diplomatik əlaqələrin yaranma tarixi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə Rumıniyaya, və 1996-cı ildə Rumıniya Prezidenti İon İlieskunun Azərbaycana rəsmi səfərlərinin, ölkələr arasında dostluq münasibətlərin davamlılığını təmin etdiyi və əməkdaşlığın inkişafına zəmin yaratdığı xüsusi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı 2009-cu il sentyabrın 28-də “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında” Birgə Bəyannamənin imzalanması, davam edən yüksək səviyyədə siyasi dialoq, parlamentlərarası əlaqələr, ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və həyata keçirilən iqtisadi layihələr ölkələr arasındakı dinamik inkişafın göstəricisi olduğu və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək göstərməsi barədə məlumat verilib, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələr arasında əməkdaşlıq yüksək dəyərləndirilib.

Məqalədə, Azərbaycan və Rumıniya arasında mədəni və humanitar əlaqələrə də toxunulub. Məşhur Rumıniya jurnalisti Minodor Mitrikin "Azərbaycanın İntibahı" kitabının Azərbaycan tarixinə, ölkənin müstəqillik dövründəki uğurlarına, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edildiyi, klassik Azərbaycan şairi Məhəmməd Fizulinin əsərləri, eləcə də yazıçılar Anar, Çingiz Abdullayev, Elçin, B.Vaqabzadənin şeirlərinin rumın dilində dərc edildiyi barədə də məlumatlar öz əksini tapib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Buxarestdə və Rumıniyanın müasir milli bəstəkarlıq məktəbinin banisi, skripkaçı, pianoçu, dirijoru Corc Enescunun Bakıda ucaldılmış abidələrinin, ölkələrimiz arasındakı dostluq münasibətlərin və mədəni əlaqələrin inkişafının təzahürü olduğu xüsusi qeyd olunub.

 

Sözügedən məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.agerpres.ro/ots/2019/09/27/azerbaidjan-romania-10-ani-de-parteneriat-strategic--640258

Arxiv üzrə axtarış