Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri Hüseyn Nəcəfov Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut ilə görüşmüşdür.
2019-cu ilin 03 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfovun Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin rektoru c-b Ovidiu Folcut ilə görüşü keçirilmişdir. Görüşdə universitetin Asiya tədqiqatlar departamentinin direktoru Şerban Georgesku və icraçı direktoru Diana Peca da iştirak etmişlər.
Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılmış, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.