2020-12-12

Buxarestdə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anım günü keçirildi.

Ümummilli Lider Heydər Əliyevin vəfatının 17-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anım mərasimi keçirilib. Tədbirdə Rumıniyada yaşayan soydaşlarımız və Azərbaycanın dostları iştirak etmişlər. Tədbir iştirakçıları “Tey” parkında Ümummilli Liderin büstü önünə əklillər qoydu.

Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmış, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli Lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi və yenilməz iradəsi sayəsində ölkə fəlakətdən qurtulub.

H.Nəcəfov diqqətə çatdırıb ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səfir qeyd edib ki, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi. “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”, - deyən Ümummilli Lider Heydər Əliyevin arzuları artıq gerçəkliyə çevrildi. 

Diplomat bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi qalıb və qalacaqdır.

Daha sonra Səfir Hüseyn Nəcəfov tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

12 DEC 5

12 DEC 1

 

Arxiv üzrə axtarış