«Qara Yanvar» - müstəqilliyə aparan yol.
2021-ci ilin 20 yanvar günü Sovet hərbi qüvvələri tərəfindən Bakı şəhərində hərbi işğalın və dinc sakinlərin qətlə yetirilməsinin 31-ci ildönümü kimi qeyd edilir. 1990-cı il yanvarın 20-də yüksələn milli müstəqillik hərəkatına cavab olaraq, Sovet rəhbərliyi "Zərbə" adlanan hərbi əməliyyatla Bakı şəhərinə hücum etmək üçün ağır silahlarla təchiz edilmiş təxminən 26000 əsgərə əmr verdi.
Amansız hücum nəticəsində 147 nəfər mülki şəxs qətlə yetirilmiş, 800 nəfərə yaxın insan isə yaralanmışdır. İşğal gecə yarısı həyata keçirildi və uşaqlara, qadınlara və yaşlılara qarşı xüsusilə zorakılıqla törədildi. 20 Yanvar faciəsi Azərbaycanın tarixinə "Qara Yanvar" kimi həkk olundu. Buna baxmayaraq, 20 yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsidir. Bu şiddətli təzyiq, Azərbaycanda 70 illik Sovet hakimiyyətini sona çatdırdı və ölkəmizin milli müstəqilliyini bərpa etməsinə səbəb oldu.
Həmin vaxt Ermənistanda yaşayan bütün Azərbaycan əhalisi daimi yaşayış yerlərindən zorla çıxarılmışdı. Ermənistandan çıxarmaq üçün təxminən 300 000 azərbaycanlı qətl, işgəncələr və təqiblərlə üzləşərək, Azərbaycana sığınmaq məcburiyyətində qaldı. Azərbaycanlı məcburi köçkünlər Bakı və şəhər ətrafı ərazilərdə evlər və sığınacaqlarla təmin edilmişdir.
Erməni hakimiyyətinin bu cür qeyri-qanuni və düşmən siyasəti azərbaycanlıların hiddətini alovlandıraraq, SSRİ rəhbərliyinin qeyri-müəyyən və biganə mövqeyinə qarşı kütləvi etiraz aksiyalarını təşkil edilməsinə səbəb oldu. 1989-1990-cı illərdə yüz minlərlə azərbaycanlı Bakının mərkəzi meydanında (indiki Azadlıq meydanı) və küçələrində toplaşaraq, Ermənistanın Azərbaycan torpaqlarını parçalamağa və Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirməyə yönəlmiş separatçı iddialarına qarşı etiraz etdilər. 1990-cı il yanvarın 13-də Bakıda keçirilmiş kütləvi aksiyada, Azərbaycan müxalifətinin liderləri Azərbaycanın Sovet İttifaqından ayrılmasına dair referendum keçirilməsini elan etdi. Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlıların öldürülməsi və yaralanması ilə bağlı məruzə aksiya zamanı yayıldı.
SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov Sovet ordusunun şəhərə müdaxilə etməsi üçün Bakıda baş verən iğtişaşlardan və qiyamlardan sui-istifadə etdi. Bakıya hərbi müdaxilə məqsədilə göndərilən silahlı qüvvələr əsasən əvvəllər Əfqanıstanda yerləşdirilmiş əsgərlərdən, eləcə də 1990-cı ilin yanvarında qısa müddət ərzində Rusiyanın Stavroplol vilayətində xüsusi hərbi təlim keçmiş erməni mənşəli əsgərlərdən ibarət idi. Bakıya göndərilməzdən əvvəl onlar İslam radikallarının və mücahidlərinin şəhərdə hakimiyyətə gəldikləri və Sovet əsgərlərinin ermənilərin iddia edilən pozulmuş hüquqlarını müdafiə etmələri barədə təlimatlandırılmışdır.
Ordu yerli əhaliyə fövqəladə vəziyyət və onun qaydaları haqqında heç bir məlumat vermədən Bakıya daxil oldu. Bundan əlavə, hücumdan öncə Sovet Ordusunun xüsusi qüvvələri Bakıda dövlət televiziya binasına hücum edərək, yerli və beynəlxalq ictimaiyyətin informasiya təminatının qarşısını almaq üçün milli televiziya və radio yayımını dayandırdı. Buna görə də, xalq Sovet qoşunlarının şəhərə daxil olması barədə məlumatdan xəbərsiz idi. Fövqəladə vəziyyətin elan olunması haqqında rəsmi məlumat 1990-cı il, yanvarın 20-si saat 05:30-da, yəni Bakının küçələrində onlarla insanın qətlə yetirilməsindən və yaralanmasından sonra yayımlandı.
Hücumdan əvvəl fövqəladə vəziyyətin elan edilməməsi hərbi zərurət və ya əsgərlərin həyatını qorunması ilə əsaslandırıla bilməz. Əvvəlcədən xəbərdarlıq mülki şəxslərin küçələrdə toplaşmamasına və onların həyatının qorunmasına səbəb ola bilərdi. Əksinə olaraq, Sovet ordusu, sovet respublikasının paytaxtına hücum edərkən, həddindən artıq qəddarlığın olduğu bir düşmən mövqeyi ilə təəccübləndirdi. Fövqəladə vəziyyətin elan edilməsinə məhəl qoymadan, ağır texnika ilə şəhərə hərbi hücum və mülki vətəndaşlara qarşı silahlı qüvvələr tərəfindən zorakılıqların həyata keçirilməsi heç bir şərtlə əsaslandırıla bilinməz. Tanklar və zirehli maşınlar içərisində insanların olduğu nəqliyyat vasitələrini və təcili yardım maşınlarını əzirdilər. Yaralılara tibbi yardım göstərilməsinin qarşısını almaq üçün xəstəxanalarda elektrik kəsilmişdi.
Human Rights Watch təşkilatının "Qara Yanvar Azərbaycanda" adlı hesabatında deyilir: "Həqiqətən, 19-20 yanvar gecəsində Sovet Ordusunun istifadə etdiyi zorakılıq azərbaycanlıların müqaviməti ilə mütənasib deyil, kollektiv surətdə cəzalandırılmanın həyata keçirilməsinin təşkilidir.
Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş verən faciədə zamanı çox böyük itkilər verməsinə baxmayaraq, onun qürur və ləyaqəti sarsınmaz olaraq qaldı. Qara Yanvar Azərbaycanın tarixində bir dönüş nöqtəsi və öz xalqının milli mənsubiyyətini müdafiə etmək üçün cəsarət və qətiyyətinin canlı təzahürü idi. Bu faciədə qəhrəmancasına şəhid olmuş azərbaycanlıların xatirəsini yad etmək üçün, paytaxt Bakının ən yüksək nöqtəsində "Şəhidlər Xiyabanı" salınmışdır. Bu gün ölkənin hər yerindən insanlar Azərbaycan Respublikasının rifahı və müstəqilliyi üçün yol açan hadisələrin qurbanlarını şərəf və ehtiramla yad etmək üçün bu Xiyabana səfər edirlər.
Hər il yanvar ayının 20-də, Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi “Qara Yanvar” faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirir və bu faciənin qurbanlarının xatirəsini edhtiramla yad edir.