2021-06-17

Ermənistan tərəfi Azərbaycana qarşı cinayətlərini davam etdirir.

Məqalədə Ermənistanın sərhəddə təxribat və pozuculuq fəaliyyəti, ərazilərimizdə kütləvi şəkildə mina və partlayıcıların yerləşdirilməsi, münaqişənin başa çatmasından sonra minalanmış ərazilərin xəritələrinin beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Azərbaycan tərəfinə verməməsi barədə danışılır, bunun isə ağır fəsadlarla nəticələndiyi bildirilir.

Qeyd olunur ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində iki jurnalist, habelə bir dövlət qulluqçusu həlak olub, 4 nəfər yaralanıb. Vurğulanıb ki, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, Azərbaycan ərazilərinə daxil olaraq ərazidə yolların minalanmasına yönəlmiş təxribatların törədilməsi həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyəti gərginləşdirir.

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin regionda gərginliyin azaldılması istiqamətində fəaliyyətindən bəhs edən Hüseyn Nəcəfov işğaldan azad olunmuş ərazilərimizdə başlanan yenidənqurma və bərpa işləri barədə məlumat verib, Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, sərhəd məsələsində gərginliyi əsassız şəkildə artırmaqdan çəkinməyə çağırıb, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işinə beynəlxalq dəstəyin verilməsinin vacibliyini vurğulayıb.

 

https://ultima-ora.ro/partea-armeana-nu-inceteaza-sa-comita-crime-impotriva-azerbaidjanului/

Arxiv üzrə axtarış