Rumıniyanın milli xəbər agentliyinin saytında Üzeyir Hacıbəylinin doğum gününə həsr edilən məqalə yerləşdirilib.
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, musiqişünas-alimi, publisisti, dramaturqu, pedaqoqu, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr edilmiş Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri Hüseyn Nəcəfovun geniş məqaləsini dərc edib.
Məqalədə, Azərbaycanda hər il sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd olunduğu bildirilir. Ənənəvi olaraq bu tarixdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında məşhur dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən bəstəkarın əsərlərinin ifa edildiyi və bu ənənənin ustad Niyazi tərəfindən qoyulduğu haqqında məlmat verilir. Qeyd olunur ki, 1995-ci ildə Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu günün milli səviyyədə qeyd olunması haqqında sərəncam verdi.
Milli Musiqi Gününün qeyd olunması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hər il bəstəkarın xatirəsinə həsr olunmuş bir sıra mədəni tədbirlərin təşkil olunduğu diqqətə çatdırılır.
Həmçinin, bu il sentyabrın 18-24 tarixlərində Azərbaycan Musiqi və Rəqs Ansamblının iştirakı ilə Milli Musiqi Günündə, həmçinin Ü.Hacıbəylinin doğum günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində açıq hava konsertin təşkil olunacağı barədə məlumat verilir.
Səfir bildirib ki, Ü.Hacıbəyli, beynəlxalq aləmdə tanınan Azərbaycan Bəstəkarlar Məktəbinin əsasını qoydu, mübahisəsiz musiqi istedadı ilə sənətdə və musiqidə misilsiz yüksəkliklərə çatmağa imkan yaratdı. Bəstəkarın yaradıcılığı təkcə ölkəmizin mədəni inkişafına deyil, həm də xaricdən gələn bir çox sənətçilərə böyük təsir göstərib. Ü.Hacıbəylinin fitri istedadı və yaradıcılığı Azərbaycanda musiqi sahəsində təhsilin yenilənməsinə təkan vermişdir.
Müəllif qeyd edib ki, Ü.Hacıbəylinin musiqi fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinə böyük şöhrət qazandırıb. 25 yanvar 1908-ci ildə dahi şair, mütəfəkkir və Azərbaycan ədəbi dilinin yaradıcılarından olan Məhəmməd Füzulinin əsəri əsasında ilk Azərbaycan operası "Leyli və Məcnun"un premyerası yaradılmış və bu həm Yaxın Şərqdə, həm də müsəlman dünyasında ilk opera olub.
Qeyd edilib ki, Şusanın işğalı zamanı vandalizmə məruz qalan və ölkədən çıxarılmış, lakin sonradan Azərbaycan hökuməti tərəfindən tapılaraq geri alınmış Azərbaycan mədəniyyətinin görkəmli simalarının, o cümlədən Ü.Hacıbəylinin nəhəng büstləri var idi.
Həmçinin diqqətə çatdırılıb ki, 1985-ci ildə Heydər Əliyev tərəfindən Ü.Hacıbəylinin abidəsi ucaldılmışdır. Lakin, Șuşa şəhərinin işğalından sonra abidə dağıdılmışdır. 29 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin bərpa edilmiş abidəsinin yenidən açılışı olmuşdur.
https://www.agerpres.ro/ots/2021/09/17/ziua-nationala-a-muzicii--644959