2022-02-26

Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Azərbaycan Respublikası vətəndaşları aşağıda adları qeyd olunmuş sərhəd-keçid məntəqələrindən Rumıniya ərazisinə 24 saat ərzində etibarlı səyahət sənədləri (pasport və ya qayıdış şəhadətnaməsi) ilə keçə bilər:

Ukrayna ərazisindən - Halmeu, Sighetu Marmației, Siret;

Moldova ərazisindən - Stînca, Sculeni, Albița, Oancea, Galați, Isaccea, Rădăuți-Prut.

Azərbaycan Respublikası vətəndaşlarına Rumıniyaya giriş üçün vıza tələbi ləğv edilmişdir.

Rumıniya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 sənədlərini (vaksin sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını və PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd) tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin qaynar xətt +40748777744, +40740990079 telefon nömrələri ilə və azsefroman@azembassy.ro elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Arxiv üzrə axtarış