2022-03-07

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının təxliyəsi barədə məlumatı.

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

7 mart 2022-ci il tarixinədək Azərbaycana 3138 nəfər təxliyə olunub. Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcəkdir.

https://mfa.gov.az/az/news/no08821-azerbaycan-respublikasi-xarici-isler-nazirliyinin-metbuat-xidmeti-idaresinin-ukraynadaki-veziyyetle-bagli-bu-olke-erazisinde-daimi-ve-muveqqeti-yasayan-seferde-olan-azerbaycan-vetendaslarinin-texliyesi-barede-melumati?fbclid=IwAR1SA4f8dKNdCha3Xh8OiJn38RpX8eZIFhM6jlnd01H3sa5SJ8YDt6Avs_I

Arxiv üzrə axtarış