2023-02-28

Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Ruminya  ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Arxiv üzrə axtarış