2023-06-15

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Milli Qurtuluş Günü ilə bağlı məqalə yayıb

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət və baş verən ictimai-siyasi proseslər geniş təhlil olunur. Məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitliyin bərqərar olunduğu, ölkənin xaos, böhran və siyasi çəkişmələrdən azad olduğu xüsusi vurğulanır. Qeyd olunur ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü və 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Məqalədə bildirilir ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk dövründə fövqəladə idarəçilik bacarığı, böyük vətənpərvərliyi, dəmir iradəsi, eləcə də uzaqgörən və məqsədyönlü qərarları sayəsində respublikanın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafı yolunda çox qısa müddətdə böyük irəliləyişlər əldə edib. Eyni zamanda diqqətə çatdırılır ki, müstəqil respublikamızın son illər əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.

Məqalədə, həmçinin qeyd olunur ki, Ümummilli Lider Azərbaycandan kənarda təhsil alan gəncləri daim diqqət mərkəzində saxlamış, onun inkişafı üçün hər cür qayğı göstərmişdir. Heydər Əliyev inanırdı ki, vaxt gələcək Azərbaycan müstəqil olacaq və ölkənin bu kadrlara ehtiyacı olacaq. Səfir çox böyük qürur hissi ilə bildirir ki, Ümummilli Lider Heydər Əliyevin göndərişi əsasında respublikadan kənarda təhsil alan minlərlə məzunlar sırasında məhz onun da adı var.

Daha sonra məqalədə dövlətimizin başçısı və Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artığı, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğu, siyasi və sosial islahatların davam etdirilərək inkişafı qeyd olunur.

https://www.agerpres.ro/ots/2023/06/15/azerbaidjanul-sarbatoreste-ziua-mantuirii-nationale--650792?fbclid=IwAR2_tF7Sdix6x346UbzRNjdbRQp9WqOFXW6TPOKJ7QUBGrGc0zC2EfRO_zc 

Arxiv üzrə axtarış