2023-08-22

Rumıniyanın yeni təyin olunmuş xarici işlər naziri Luminitsa Odobesku Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovla görüşüb.

Rumıniyanın yeni təyin olunmuş xarici işlər naziri Luminitsa Odobesku Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovla görüşüb.

Görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişafı, həmçinin regionda baş verən proseslər ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasındakı münasibətlər və mövcud strateji tərəfdaşlıq əlaqələrinin bütün fəaliyyət istiqamətləri üzrə dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Səfir iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, mədəniyyət, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, son dövrlərdə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bu xüsusda diplomat ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya, bu ilin fevralında isə Rumıniyanın Prezidenti Klaus Yohannisin, eləcə də sabiq Deputatlar Palatasının sədri, Rumıniyanın hazırkı Baş naziri Mihai Çolakunun Azərbaycana səfərlərinə istinad edib, bu səfərlərin iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi olduğunu vurğulayıb.

Rumıniyanın xarici işlər naziri, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eyni zamanda, Ermənistanın revanşizm siyasəti barədə məlumatlandırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

https://azertag.az/xeber/Ruminiyanin_xarici_isler_naziri_postmunaqise_dovrunde_regiondaki_movcud_veziyyet_barede_melumatlandirilib-2737144?fbclid=IwAR0FjfV6smAmmK23_XlzQDx5Bm3VyjV_kjiREsiFibG3nUtpFaglxgErcaA_aem_AclZQdfYjhFDg3h6q_dJkDQBaACLF6TjGjNvV0X7GlSL9iWeNKIZKGLR-xzEzeu3tYY 

Arxiv üzrə axtarış