2023-09-11

Rumıniya XİN Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Rumıniya XİN Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımır.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Bəyanat qurumun rəsmi internet səhifəsində də yayılıb.

Bəyanatda bildirilir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.

 

https://www.mae.ro/node/62797?fbclid=IwAR1vpNZbovQqrJqwMFrzqfHxh72ZwzNgs1bfwGaq2J3XPuLeN3Zhk7kwHEg_aem_AZJ7K9Pi01L8PvqF_oHeXMEk9GqpaWgNdY4KXRMo5Bo7Rtv2vDTqPomWh0KtyU5icd8 

 

 

Arxiv üzrə axtarış