2024-01-20

Buxarestdə 20 yanvar - Ümümxalq Hüzn Günü qeyd edilib.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Buxarest şəhərinin “Tey” parkında yerləşən Heydər Əliyevin büstü önünə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları gül dəstələri düzüblər. 

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, ifşaedici və cəsarətli bir bəyanat vermişdir.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov həmyerlilərimizin qarşısında çıxış edib. Səfir 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin dönüş nöqtəsi adlandırıb, bu hadisələrinin xalqımızın tarixində faciə ilə yanaşı qəhramanlıq ehtiva etdiyini söyləyib. O, Azərbaycan dövləti və xalqı tərəfindən  20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutduğunu bildirib.

 

AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti

 

Arxiv üzrə axtarış