ELAN - 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən fəal şəkildə davam etdirilir. Bu məqsədlə Buxarest şəhərində yerləşən Səfirlikdə 19 saylı seçki məntəqəsi yaradılmışdır.
Rumıniyada daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə olan, seçki günü Rumıniyada olacaq 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Rumıniya vaxtı ilə saat 8:00- 19:00 aralığında Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yerləşən seçki məntəqəsinə gələrək səsvermə hüququnu həyata keçirə bilər.
Seçki məntəqəsinin ünvanı: Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi - Grigore Gafencu 10 küç, Sektor 1
Seçkidə iştirakla bağlı suallar üçün Rumıniyadakı vətəndaşlarımız +40743872403 nömrəli qaynar xətt vasitəsilə Səfirliyimizlə əlaqə saxlaya bilərlər.