2024-02-06

Azərbaycanın Rumıniyadakı səfirliyi prezident seçkilərinə hazırdır.

Azərbaycanın Rumıniyadakı səfirliyi prezident seçkilərinə hazırdır. Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində səsvermə üçün seçki məntəqəsi yaradılmışdır.

19 saylı Nərimanov birinci seçki dairəsi üzrə səfirlikdə yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-dan başlayacaq.

Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlər görülüb və 18 yaşına çatmış vətəndaşlarımız öz səsvermə hüququndan istifadə edəcəklər. Səsvermənin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

 AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti

 

Arxiv üzrə axtarış