7 fevral 2024-cü il tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatmışdır.
7 fevral 2024-cü il tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar AR-in Rumıniyadakı səfirliyində 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 41-ci seçki məntəqəsi yaradılmışdır.
Məntəqədə səfirliyin konsulluq qeydiyyatında duran 66 nəfərin - Rumıniyada məskunlaşmış, təhsil alan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının azad, demokratik və şəffaf şəkildə səsvermə hüquqlarının təmin olunması üçün bütün zəruri şərait yaradılmışdır. Seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlamış və 19:00-da başa çatmışdır. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılmışdır. Səsvermə prosesi seçicilərin yüksək fəallığı ilə başa çatmış, seçkidə davamiyyət 88 % təşkil etmişdir.
AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti