2024-02-22

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja ilə görüşü keçirilib.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Rumıniyanın energetika naziri Sebastian Ioan Burduja ilə görüşü keçirilib.

Görüşdə energetika sahəsində münasibətlərin çoxşaxəli və intensiv inkişafı vurğulanıb. “Xəzər dənizi - Avropa İttifaqı yaşıl enerji dəhlizi” ilə bağlı inkişaf planlarının Azərbaycan-Rumıniya enerji tərəfdaşlığı üçün strateji əhəmiyyəti bir daha qeyd edilib. Yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində imzalanan Memorandumla nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda təbii qazla bağlı müqavilələr çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdə Romqaz və SOCAR arasında mütəmadi əlaqələrin əhəmiyyəti qeyd edilib. Qarşı tərəfdən SOCAR-ın Rumıniyadakı fəaliyyətinin yüksək qiymətləndirildiyi vurğulanıb.

Həmçinin, müqabil tərəf cari ilin 1 mart tarixində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasına dəvəti yüksək qiymətləndirdiyini və iştirakının təsdiqləndiyini bildirmişdir.

Görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də nəzərdən keçirilib.

 

AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti

Arxiv üzrə axtarış