2024-02-22

ELAN

Bu il Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən ən dəhşətli qətliamlardan biri olan Xocalı soyqırımının baş verməsindən 32 il ötür. 


Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi 26 fevral 2024-cü il tarixində saat 18:00-da Ramada Nord Mehmanxanasının (Ünvan: Buxarest, Daniel Danielopolu küçəsi 44 A, sektor 1) Kristal zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirəcəkdir.


Rumıniyada yaşayan hər bir azərbaycanlını sözügedən tədbirə dəvət edirik.

Arxiv üzrə axtarış