Bugün Rumıniyanın Baş naziri Marçel Çolaku Viktoriya sarayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanovu qəbul edib.
Bugün Rumıniyanın Baş naziri Marçel Çolaku Viktoriya sarayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib. Rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Baş nazir Çolaku hər iki ölkələrin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğuna dair əminliyini bildirib.
Görüşdə maraq kəsb edən digər ikitərəfli məsələlər müzakirə edilib.
-AR Rumıniyadakı Səfirliyinin mətbuat xidməti