2025-06-05
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarestdə 28 may - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarestdə 28 may - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, deputat və senatorları, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, eləcə də Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib.
Daha sonra səfir Qüdsi Osmanov çıxış edərək 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, XX əsrin sonunda Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qorunmasında misilsiz xidmətlərindən danışıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu, “Böyük qayıdış” proqramının Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini qeyd edib. Diplomat, həmçinin iki ölkə arasında gündən-günə genişlənən və dərinləşən çoxşaxəli münasibətlərdən bəhs edib, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər,




Tədbir çərçivəsində Azərbaycanın Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. kimi görkəmli dövlət və mədəniyyət xadimlərini, habelə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərini, ölkəmizin inkişafını əks etdirən, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib.
Sonda ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.