2025-05-12

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası – "PostEurop"un hər il təşkil etdiyi poçt markası müsabiqəsində Azərbaycan “Milli Arxeoloji Kəşflər. Qobustan” adlı xatirə markası ilə təmsil olunur

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin üzərində Qobustan qayaüstü təsviri olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir.

Poçt markasının dizayneri Günel İsgəndərovadır. 

Ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları asossiasiyası olan “PostEurop”un internet səhifəsində keçirilir. 

Mövzusunu “PostEurop”un marka və filatelistlər üzrə işçi qrupunun təyin etdiyi müsabiqənin builki mövzusu "Milli Arxeoloji Kəşflər"dir.


Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan “PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.

Səs vermək üçün https://europastamps.eu/europa2025 saytına daxil olaraq “vote for” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı və yaşadığınız ölkəni qeyd etməklə “submit” düyməsini sıxırsınız. 

Arxiv üzrə axtarış