2015-09-12

Səfirlik əməkdaşlarının “Geosiyasət” adlı 10-cu beynəlxalq yay məktəbində iştirakı

07 – 12 sentyabr 2015-ci il tarixində Rumıniyanın Ployeşt şəhərində yerləşən Neft və Qaz Universitetində “Geosiyasət” adlı 10-cu beynəlxalq yay məktəbi təşkil olunmuşdur. Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı tədbirə Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları da mühazirəçi qismində dəvət olunmuşlar.

08 sentyabr 2015-ci il tarixində Səfirliyin əməkdaşları “Azərbaycanın iqtisadi inkişafı və ikitərəfli münasibətlərin inkişaf perspektivləri” mövzusu ilə geniş auditoriya qarşısında çıxış etmişlər. Azərbaycanın iqtisadi və neft strategiyası, iqtisadiyyatın inkişaf etmiş sahələri, Azərbaycan Hökumətinin təşəbbüsü ilə həyata keçirilmiş iri-miqyaslı regional layihələr barəsində təqdimat olunmuş və ölkənin makro-iqtisadi göstəriciləri barəsində ətraflı məlumat verilmişdir. Azərbaycanla Rumıniya arasında mövcud ikitərəfli əməkdaşlıq və gələcək perspektivlər barəsində də yay məktəbinin iştiakçıları məlumatlandırılmışlar.

İşçi sessiyanın sonunda tədbir iştiraçılarını maraqlandıran suallar Səfirliyin əməkdaşları tərəfindən cavablandırılmışdır

Arxiv üzrə axtarış