Vətənə və xalqa xidmət - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyat amalıdır
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti haqqında Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfovun geniş məqaləsini dərc etmişdir.
“Vətənə və xalqa xidmət - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyat amalıdır” adlı məqalədə, xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, UNESCO və ICESCO-nun xoşməramlı Səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə mühüm töhfələrindən bəhs edilmiş, həyat fəlsəfəsi və fəaliyyəti ilə bağlı səsləndirdiyi sitatlara yer verilmişdir.
Məqalədə, xanım Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də dünya miqyasında yüksək qiymətləndirildiyi, onun bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanır.