2023-05-25
Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib.
Cari ilin 24-25 may tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilk öncə Tey Parkına gələrək Ümummilli Lider Heydər Əliyev büstü önündə gül dəstələri düzüblər.
Səfər çərçivəsində nazir Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, Deputatlar Palatasının sədri İon-Marçel Çolaku, Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Sorin-Mihay Qrindyanu, əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budai, energetika naziri Virgil-Daniel Popesku və iqtisadiyyat naziri Florin Marian Spataru ilə görüşləri keçirilib.
Habelə, iclas çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə Rumıniya-Azərbaycan biznes forumu təşkil olunub.